Bu gün önəmli, tarixi bir gündür. Həmin gün Azərbaycan xalqı özünün gələcək taleyini, müqəddəratını təyin edən secim etdi. 1993-cü ildə keçirilmiş prezident seçkilərində Heydər Əliyev Azərbaycanın Prezidenti secildi. 1993-cü ildən sonraya və 1993cü ildən əvvəlki dövrlərə nəzər salsaq görərik ki, məhz Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevdir. Bugünkü Azərbaycanın təməlini biz Heydər Əliyevdə görürük. Heydər Əliyev Prezident seçilməmisdən qabaq Azərbaycan cətin günlərini yasayırdı. Mən də Şuşa sakini olaraq həmin günlərin şahidiyəm. Ölkə vətəndaş müharibəsinin astanasında idi. Azərbaycanda xaos, hərcmərclik hökm sürürdü.Belə bir şəraitdə ciddi islahatların aparılması, Azərbaycanda hüquqi dövlətin yaradılması, onun inkişaf etdirilməsi, Azərbaycanın enerji resurslarından onun inkişafı üçün istifadə olunması, Azərbaycanın beynəlxalq imicinin formalasmasında həyata kecirilən bütün islahatlar Heydər Əliyevin adı ilə bağlıdır.1994cü il sentyabrın 20 də "Əsrin müqavilə"sinin imzalanması o dövr ücün cox böyük əhəmiyyətə malik idi. O şirkətləri Azərbaycana cəlb etmək, o şirkətləri inandırmaq cox qətiyyətli bir iş idi. Bunu Heydər Əliyev bacardı.Bunlar hamısı: görülən işlər, Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin, müasir qüdrətli Azərbaycanın inkisafına yönəlmiş, Azərbaycan vətəndaşlarının firavan yaşamasına yönəlmiş işlərdir.Ulu Öndərin apardığı siyasəti onun varisi Cənab Prezident İlham Əliyev layiqincə davam elətdirir. Ulu Öndər deyirdi ki, mənim axıra çatdıra bilmədiyim işləri əminəm ki, İlham Əliyev davam etdirəcək.Ulu Öndərin qoyduğu o bünövrə üzərində işləri davam etdirərək Cənab Prezident İlham Əliyev Azərbaycanı iqtisadiyyatı güclü olan bir dövlətə çevirdi. Bu gün 30 ilə yaxın isgalda olan torpaqlarımız məhz Ali Baş Komandanın apardığı düzgün siyasət nəticəsində 44 gün ərzində güclü ordumuz tərəfindən azad olundu.İndi Qarabağda üçrəngli bayrağımız dalğalanır, məscidlərimizdən azan səsləri gəlir.Cənab Prezident öz cıxısında bildirdi ki, "Biz səhidlər verərək bu qələbəni qazanmısıq. Əgər iqtisadi gücümüz olmasaydı, biz bu qələbəni əldə edə bilməzdik."Bəli, bu Oələbə ilə biz haqq səsimizi dünyaya çatdırdıq. Bu Oələbə düzgün, ağıllı siyasətin nəticəsidir. Və bu Oələbə ücün Qalib ordumuza, Şəhidlərimizə, Ali Baş Komandana borcluyuq. Bu gün biz Qalib ölkənin vətəndaşlarıyıq.Ulu Öndərin sözləri ilə məqaləmi bitirmək istəyirəm:"Mən fəxr edirəm ki ,azərbaycanlıyam."Reyhan Əliyeva,Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbin müəllimi